Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.
APA xəbər verir ki, bu barədə Lukaşenko Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşdə deyib.
"Yaxın gələcəkdə Rusiya Federasiyasının Prezidenti ilə görüşəcəyik", - o qeyd edib.