"Lukoyl" Ukraynanı yanacaqla tədarük etməsinə dair ittihamlara cavab verib

"Lukoyl" Ukraynanı yanacaqla tədarük etməsinə dair ittihamlara cavab verib
# 25 yanvar 2023 14:53 (UTC +04:00)

Rusiyanın "Lukoyl" neft şirkəti Ukrayna hərbi texnikalarını yanacaqla tədarük etməsinə dair ittihamlara cavab verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, şirkət 2022-ci ildə Bolqarıstanın Burqas şəhərində yerləşən zavoddan və ya digər kanallar vasitəsilə Ukraynaya məhsul tədarük etmədiyini açıqlayıb.

“Lukoyl” mediada yeni spekulyativ nəşrlər dalğası ilə əlaqədar bir daha bəyan edir ki, məhsullarını 2022-ci ildə Burqasdakı zavodundan və ya başqa kanallar vasitəsilə Ukraynaya tədarük etməyib. Aydındır ki, guya tədarüklərlə bağlı bütün bəyanatlar xarici ölkələrdə daxili siyasi mübarizə kontekstində baş verir, hansı ki, həmin ölkələrdə seçkilər gözlənilir. O da məlumdur ki, “Lukoyl” brendi xaricdə bəzən anti-Rusiya kampaniyasının tərkib hissəsi kimi xatırlanır”, - deyə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 18-də Almaniyanın “Welt” nəşri Bolqarıstanın keçmiş maliyyə naziri Asen Vasilevə istinadən yazmışdı ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra Bolqarıstan gizli şəkildə Ukraynanı dizel yanacağı ilə təmin edib. Qeyd olunub ki, dizel yanacağı həmin vaxt “Lukoil”ə məxsus olan və idarə olunan Burqas neft-kimya zavodunda istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR