Mariya Zaxarova: "Gürcüstan prezidentinin bəyanatı kalkulyatordan istifadə etməklə hazırlanıb"

Mariya Zaxarova: "Gürcüstan prezidentinin bəyanatı kalkulyatordan istifadə etməklə hazırlanıb"
# 23 iyun 2019 14:44 (UTC +04:00)

"Əgər rusiyalı turistlər özlərini Gürcüstanda təhlükəsiz hiss etmirlərsə, onları isti qarşılamırlarsa, onda onlar heç kəsə heç nə borclu deyirlər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını "Facebook"-dakı səhifəsində şərh edərkən bildirib.

S. Zurabişvili dünən verdiyi bəyanatda rusiyalı turistlərin Gürcüstana gələ bilməli olduğunu söyləyib: "Ona görə ki, onlar Gürcüstanı çox sevirlər, siyasətçilər və rəhbərlər isə problemin həllini tapmalıdırlar".

M. Zaxarova Gürcüstan prezidentinin bu bəyanatının kalkulyatordan istifadə etməklə hazırlandığını, ancaq rusiyalı turistlərin heç kimə borclu olmadıqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR