Marneulidə çayxanada atışma olub - FOTO

Marneulidə çayxanada atışma olub - FOTO
# 10 oktyabr 2019 14:39 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub.

Bu barədə APA-ya yerli sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, hadisə bu gün saat 13:00-da qeydə alınıb. Çayxanadakı gənclər arasında mübahisə yaranıb və onlardan biri digərinə odlu silahdan 3 dəfə atəş açıb. Güllələrdən yalnız biri hədəfə dəyib. Güllə yarası alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR