Marneulidə qumarxanada dava düşüb

Marneulidə qumarxanada dava düşüb
# 17 iyun 2019 11:56 (UTC +04:00)

Ötən gecə Marneuli rayonunun Rustaveli küçəsində yerləşən kazinoda dava düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bir ananın oğlunu kazinodan çıxarmağa çalışması zamanı baş verib.

Bildirilib ki, bu zaman kazinonun təhlükəsizlik xidmətinin əməkdaşları qadına yaxınlaşaraq, kazinodan çıxmağını tələb edib və ona qarşı güc tətbiq ediblər. Nəticədə qadının halı pisləşib. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Xəstəxanadan buraxılan xanım bu gün səhər saatlarında oğlu ilə birlikdə polis şöbəsində sorğu-sual edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR