Matviyenko Rusiyanın Ukrayna ilə sülh sazişləri imzalamağa hazır olduğunu deyib

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

© APA | Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

# 31 may 2022 23:00 (UTC +04:00)

Rusiya Ukrayna ilə danışıqlara və sülhə gətirib çıxaracaq sazişlərin imzalanmasına açıqdır.

APA xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Mozambik prezidenti Filipe Nyusi ilə görüşündə bildirib.

Matviyenko deyib ki, Kiyevdən bununla bağlı reaksiya yoxdur.

Spiker Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı Mozambik prezidentinin mövqeyi ilə tam razı olduğunu bildirib.

Onun fikrincə, bunun üçün tərəflərin iradəsi çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR