“Mazda” Rusiyada avtomobil istehsalını tam dayandıra bilər

“Mazda” Rusiyada avtomobil istehsalını tam dayandıra bilər
# 25 sentyabr 2022 13:01 (UTC +04:00)

Yaponiyanın “Mazda” şirkəti Rusiyada avtomobil istehsalını tam dayandırmağı nəzərdən keçirir.

APA-nın “Nikkei Asia”-ya istinadən verdiyi xəbərə görə, “Mazda” Rusiyada “Sollers” şirkəti ilə birgə avtomobil istehsal edir.

Bu ilin yazında avtomobil istehsalı dayanıb, indi isə “Mazda” birgə layihədən tamamilə çıxmaq imkanını nəzərdən keçirir. Buna səbəb isə Ukraynada müharibə səbəbindən tədarükdə yaranan problemlərdir. Tədarükdə yaranan problemlər istehsalı yenidən bərpa etməyi çətinləşdirir.

Qeyd edək ki, bundan əvvəl “Toyota” Rusiyada zavodunu bağlamaq barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR