MDB Təhlükəsizlik Şuralarının katibləri nüvə təhlükəsizliyini müzakirə edəcəklər

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 03 noyabr 2022 11:24 (UTC +04:00)

MDB ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri Moskvada keçirilən iclasda nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələlərini müzakirə edəcəklər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Biz nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələsi ilə bağlı məlumatları dinləyəcəyik", - deyə Patruşev iclası açaraq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR