Medvedev Qara dənizə düşən ABŞ PUA-sı ilə bağlı insidenti şərh edib

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 17 mart 2023 10:48 (UTC +04:00)

Qara dənizdə ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) insidenti ilə bağlı amerikalıların nazı ilə oynamaq düzgün deyil.

APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Medvedev baş verən hadisəyə sərt reaksiya verərək bildirib ki, məsələ ilə bağlı hərbi qurumların bir-biri ilə dialoqlarına ehtiyac olsa da, ABŞ-ın nazı ilə oynamaq lazım deyil.

O həmçinin amerikalı senator Qremin Rusiya təyyarələrini vurmağın zəruriliyi ilə bağlı bəyanatına da münasibət bildirib: “Ümumiyyətlə amerikalılar birmənalı olaraq həyasızlıq edirlər”.

Medvedev onu da qeyd edib ki, hava məkanından istifadə qaydalarına PUA-lar da əməl etməlidir, xüsusilə hərbi əməliyyatlar dövründə: “ABŞ PUA-sının daxil olduğu ərazi Rusiyanın bir hissəsidir, bizim suverenliyimiz ora da şamil edilir”.

Xatırladaq ki, baş vermiş məlum hadisədən sonra 15 martda Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı zamanı PUA insidenti müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR