Medvedev: “Rusiya Ukraynada nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq”

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 27 sentyabr 2022 11:06 (UTC +04:00)

Rusiya Ukraynanın aqressiyasına cavab olaraq nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq və Kiyev bunu qismən olsa da bilməlidir.

APA xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz Teleqram kanalında yazıb.

“Təsəvvür edin ki, Ukrayna rejiminin ölkəmizin mövcudluğuna təhlükə yaradacaq genişmiqyaslı aqressiyasına qarşı öz ən güclü silahını tətbiq edəcək. Düşünürəm ki, NATO heç bir halda konfliktdə birbaşa iştirak etməyəcək”, - Medvedev qeyd edib.

O qeyd edib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün “heç kimə lazım olmayan Ukrayna”nın taleyindən daha önəmlidir.

“ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar”, Medvedev deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR