Medvedev: "Şolts, Makron və Draqinin səfəri Ukraynanı sülhə yaxınlaşdırmır"

Medvedev: "Şolts, Makron və Draqinin səfəri Ukraynanı sülhə yaxınlaşdırmır"
# 16 iyun 2022 16:14 (UTC +04:00)

Almaniya, Fransa və İtaliya liderləri Olaf Şolts, Emmanuel Makron və Mario Draqinin səfəri Ukraynanı sülhə yaxınlaşdırmır və heç bir faydası yoxdur.

APA xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Belə ki, Medvedev Almaniya, Fransa və İtaliya liderlərini “qurbağa”, “livera” və “makaron” biliciləri adlandırıb və bildirib ki, onların səfəri Ukraynanı sülhə yaxınlaşdırmır.

“Qurbağaların, liveraların və makaronun avropalı biliciləri Kiyevə səfər etməyi sevirlər. Faydaları sıfıra bərabərdir. Onlar Ukraynaya yenidən Aİ-yə qoşulmağa söz verdilər, yüz il əvvəl olduğu kimi, qatarda araq vurdular. Hər şey qaydasındadır. Lakin bu, Ukraynanı sülhə heç cür yaxınlaşdırmır. Vaxt isə gedir...”, - Medvedev yazıb.

Bundan əvvəl isə Medvedev Ukraynanın ABŞ-la “Lend-Liz” proqramı çərçivəsində qaz tədarükünə dair saziş bağlamaq təklifinə reaksiya verib. O, Ukraynanın iki ildən sonra “dünya xəritəsində” mövcud olub-olmayacağının sual altında olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR