Medvedev: “Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib”

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 27 yanvar 2022 11:49 (UTC +04:00)

Ukraynadan Rusiyaya qarşı olan geosiyasi təzyiq aləti kimi istifadə edirlər, Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

O, Ukrayna ətrafında olan gərginliyin yaxın gələcəkdə azalacağına ümid etdiyini bildirib.

Medvedev əlavə edib ki, Ukrayna özlüyündə nə amerikalılara, nə də avropalılara lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR