Medvedev: "Zelenskiyə sülh lazım deyil, çünki bu, onun sonu deməkdir”

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 03 may 2022 12:15 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskiyə sülh müqaviləsi lazım deyil, çünki sülh, onun sonu deməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev “Telegram” kanalında yazıb.

“Zelenskiyə heç bir sülh müqaviləsi lazım deyil. Onun üçün sülh sondur: Ya moskvalılarla sövdələşməyə getdiyinə görə nasistlər tərəfindən asılacaq, ya da müharibədə məğlub olan prezident kimi rəqibləri tərəfindən vəzifəsindən uzaqlaşdırılacaq”, - Medvedev bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Ukrayna lideri Qərbdən pul və silah istəməyə davam edəcək, həmçinin, xalqın qayğısına qaldığını imitasiya edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR