Medvedyev: NATO sivil dünyaya lazım deyil

Medvedyev: NATO sivil dünyaya lazım deyil
# 29 noyabr 2022 21:58 (UTC +04:00)

Sivil dünyanın NATO-ya ehtiyacı yoxdur, təşkilat bəşəriyyət qarşısında tövbə etməli və cinayətkar qurum kimi ləğv edilməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında yazıb.

Medvedyev vurğulayıb ki, NATO yarandığı gündən bir neçə anqlosakson ölkəsinin və onların əlaltılarının maraqlarından çıxış edərək, özünün sırf qapalı korporativ mahiyyətini dəfələrlə sübut edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR