Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanı həbsdə saxlayıb

David Tonoyan

© APA | David Tonoyan

# 24 dekabr 2021 18:56 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən şikayətə baxılıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə David Tonoyanın vəkili Sergey Hovhannisyan bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində hakim Tiqran Simonyanın sədrliyi ilə keçirilən prosesdə verilən şikayət təmin olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR