Mirzoyan: Ermənistanın Rusiya ilə münasibətlərində böhran yoxdur

Qordan Qrliç - Ararat Mirzoyan

© APA | Qordan Qrliç - Ararat Mirzoyan

# 08 fevral 2023 14:28 (UTC +04:00)

Rəsmi Moskva ilə münasibətlərdə böhran yoxdur.

APA xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliçlə keçirdiyi brifinqdə deyib.

Mirzoyan qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətləri böhran adlandırmaq baş verənlərin həddindən artıq çox şişirdilməsidir: “Biz rusiyalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Zəngin iş gündəliyimizə daxil olan, həm razılaşdırılmış, həmçinin razılıq əldə olunmayan bütün məsələləri müzakirə edirik".

Nazir onu da əlavə edib ki, bəzi məsələlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmə ilə bağlı fikir ayrılıqları var, lakin onlar ümumi müstəvidə müzakirəyə açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR