Mişustin: “Ötən il MDB daxilində ticarət əlaqələri möhkəmlənib”

Mişustin: “Ötən il MDB daxilində ticarət əlaqələri möhkəmlənib”
# 20 may 2022 15:58 (UTC +04:00)

Rusiya MDB-nin gələcək inkişafına daha çox əhəmiyyət verir, inteqrasiya birliyi öz effektivliyini sübut edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

"Rusiya Federasiyasının MDB-nin gələcək inkişafına daha çox önəm verdiyini vurğulamaq istəyirəm. İnteqrasiya birliyimiz ölkələrimizin vətəndaşlarının marağında olan ticarət-iqtisadi, elmi-texniki, sosial və humanitar əməkdaşlığı gücləndirmək üçün birgə qərarların qəbulu üçün optimal platforma kimi səmərəliliyini sübut edib”, - deyə Mişustin vurğulayıb.

O qeyd edib ki, 2021-ci ilin yekununa əsasən MDB daxilində ticarət əlaqələri möhkəmlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR