Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq

Mixail Qorbaçov

© APA | Mixail Qorbaçov

# 31 avqust 2022 18:35 (UTC +04:00)

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.

APA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Qorbaçovun qızı İrina məlumat verib.

Sabiq Prezident Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.

Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR