Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıla bilər

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıla bilər
# 01 fevral 2023 18:46 (UTC +04:00)

Moldova hökuməti ölkədə fövqəladə vəziyyətin daha 60 gün uzadılması üçün parlamentə müraciət edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar verilib.

Daxili işlər naziri Anna Revenko fevralın 4-dən fövqəladə vəziyyətin 60 gün uzadılmasının vacib olduğunu deyib.

Bu qərar sayəsində Ukraynadan qaçqın axını tənzimlənə biləcək və təbii qazla elektrik enerjisinin qıtlığı şəraitində enerji böhranını daha effektli şəkildə nizamlamaq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR