Moldovada Mayya Sandunun rəhbərliyi ilə nazirlər kabinetinin ilk iclası keçirilib

Moldovada Mayya Sandunun rəhbərliyi ilə nazirlər kabinetinin ilk iclası keçirilib
  • Clock-gray 12:25
  • calendar-gray 15 İyun 2019

Moldovada Mayya Sandunun rəhbərliyi ilə nazirlər kabinetinin ilk iclası keçirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, nazirlər kabinetinin iclası ilk dəfə bir neçə gün idi ki, Demokratik partiyanın tərəfdarları tərəfindən mühasirəyə alınmış hökumət binasında keçirilib.

“Bu günkü iclasda işgüzarda səfərdə olan xarici işlər naziri Nikolay Popesku istisna olmaqla bütün nazirlər iştirak edir. Biz çox şadıq ki, problem sülh yolu ilə həll olundu”,- deyə Mayya Sandu jurnalistlərə deyib.

Qeyd edək ki, iyunun əvvəlində Moldovada daxili siyasi vəziyyət yenidən kəskinləşib. Sosialistlər Partiyası və ACUM bloku parlament çoxluğunu formalaşdıraraq Mayya Sandunun rəhbəliyi ilə yeni hökumət yaradıb. Lakin Konstitusiya Məhkəməsi bu qərarı qanunsuz hesab edib. Məhkəmə Demokratik Partiyanın sədr müavini Pavel Filipi prezident səlahiyyətlərini icra edən şəxs kimi tanımış, o isə öz növbəsində parlamenti buraxmaq və növbədənkənar parlament seçkiləri təyin etmək barədə qərar qəbul etmişdi.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date