Moldovanın sabiq prezidenti “Georgi lenti” taxdığına görə cərimələnib

İqor Dodon

© APA | İqor Dodon

# 18 may 2022 17:32 (UTC +04:00)

Moldovanın keçmiş Prezidenti İqor Dodon 9 May – Faşizm üzərində Qələbə Günü münasibəti ilə “Georgi lenti” taxmasına görə cərimələnib və barəsində protokol tərtib edilib.

APA-nın xəbərinə görə, bu barədə məlumatı İqor Dodon özü “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Protokolun fotosunu paylaşan Dodon bildirib ki, “Georgi lenti” taxması səbəbi ilə polis onu təxminən 470 dollar məbləğində cərimələyib.

O, protokolun konstitusiyaya zidd olduğunu və ləğvi üçün məhkəməyə baş vuracağını qeyd edib.

Dodon “Georgi lenti”nin Moldovada qadağan edilməsinin eyni zamanda anti-demokratik, diskriminativ qərar olduğunu və cəmiyyəti süni şəkildə bölməyə xidmət etdiyini qeyd edib.

Qeyd edək ki, Moldovada aprelin 20-dən “Georgi lenti”, V və Z simvolikası nümayiş etdirmək qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR