Moskva Helsinki Qrupu ləğv olunub

Moskva Helsinki Qrupu ləğv olunub
# 25 yanvar 2023 17:37 (UTC +04:00)

Rusiyanın hüquq müdafiəsi təşkilatı olan Moskva Helskinki Qrupunun ləğv olunması iddiası üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiası üzrə Moskva Şəhər Məhkəməsində Moskva Helsinki Qrupunu ləğv edilməsinə baxılıb. Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edilib.

Ədliyyə Nazirliyi iddia ərizəsində Moskva Helsinki Qrupunun Moskva regionundan kənarda fəaliyyət göstərməklə ictimai birliklər haqqında qanunu pozduğunu və təşkilatın nizamnaməsinin qanunun mövcud tələblərinə cavab vermədiyini iddia edib.

Moskva Helsinki Qrupu insan haqları təşkilatı 1976-cı ildə Sovet İttifaqı dövründə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR