Moskvanın Basmannı məhkəməsindən jurnalist Aleksandr Nevzorovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, məhkəmə Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunan jurnalistin qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Prokuror dünən ki prosesdə Nevzorovun 9 il qiyabi həbs olunmasını məhkəmədən xahiş etmişdi.
Qeyd edək ki, məhkəmə prosesi təqsirləndirilən şəxs olmadan keçirilib.
Ötən ilin aprelində Nevzorov beynəlxalq axtarışa verilib, may ayında isə Basmannı məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb.