Moskva-Praqa təyyarəsində yanğın olub

Moskva-Praqa təyyarəsində yanğın olub
# 21 iyul 2019 15:22 (UTC +04:00)

Bu gün Moskvadan Praqaya uçan "Boeing 737" sərnişin təyyarəsinin yük bölməsində yanğın olub.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, yanğın təyyarə havaya qalxan zaman başlayıb.

Təyyarənin komandiri dispetçerlə əlaqə saxlayıb və yük bölməsində gözlənilməz hadisə barədə məlumat verib. Təyyarənin yanğınsöndürmə sistemi işə salınıb və təyyarə təcili "Vnukovo" aeroportuna qayıdıb.

Təyyarənin sərnişinləri və heyət üzvləri arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR