Moskva Rusiya səfirinə edilən hücumla bağlı Polşaya etiraz edib

Moskva Rusiya səfirinə edilən hücumla bağlı Polşaya etiraz edib
# 09 may 2022 16:04 (UTC +04:00)

Rəsmi Moskva Varşavada Rusiya səfirinə edilən hücumla bağlı Polşaya etiraz edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Mayın 9-da polisin tam hərəkətsizliyi ilə ekstremistlər Rusiya Federasiyasının Polşadakı səfiri Sergey Andreyevə və diplomatik missiyanın digər üzvlərinə qarşı zorakılıq tətbiq edərək, Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoyma mərasimini pozublar.

Polşa hakimiyyətinə faktiki olaraq neonasist quldurlarına yol verdiklərinə görə kəskin etiraz bildirilib. Rusiya Xarici İşlər Nazirliyi Varşavadan dərhal əklil qoyma mərasimi təşkil etməyi, onun hər cür təxribatdan tam təhlükəsizliyini təmin etməyi tələb edib", deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR