Rusiyada İES-də yanğın zamanı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb

Rusiyada İES-də yanğın zamanı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb
  • Clock-gray 16:37
  • calendar-gray 11 İyul 2019

Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yerləşən “Severnaya” İstilik Elektrik Stansiyasında (İES) yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Həlak olan şəxsin İES-də gözətçi işləyən qadın olduğu bildirilir. 

Yaralılar birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıblar.

Rusiya fövqəladə hallar nazirinin müavini İlya Denisov yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyini bildirib.

Yanğın lokallaşdırılıb, ocaqların tam söndürülməsi üçün tədbirlər davam etdirilir. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date