Moskvanın mərkəzindəki Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində 6 Rusiya və 1 Tacikistan vətəndaşı ölüb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Ölənlər arasında ilkin məlumata görə, 6 Rusiya və 1 Tacikistan vətəndaşı var", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Komsomolskaya meydanında yerləşən gül anbarında güclü yanğın baş verib. Yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.