Moskvada hündürmərtəbəli binada güclü yanğın olub

Moskvada hündürmərtəbəli binada güclü yanğın olub
# 03 may 2022 18:39 (UTC +04:00)

Moskva vilayətinin Mıtışi şəhərində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA-nın Rusiya bürosunun məlumatına görə, yanğın nəticəsində üç nəfər ölüb.

Hazırda yanğının davam etdiyi binadan yanğınsöndürənlər ikisi uşaq olmaqla 8 nəfəri xilas edə biliblər.

Binanın bir sakini yanğından xilas olmağa çalışaraq dördüncü mərtəbədən özünü atıb. O, təcili yardım maşınında ölüb. Digər iki nəfər isə liftdə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR