Moskvada İES yaxınlığında mina tapılıb

Moskvada İES yaxınlığında mina tapılıb
# 24 mart 2023 17:33 (UTC +04:00)

Moskvada İstilik Elektrik Stansiyası (İES) yaxınlığında mərmi tapılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya mediası Vavilov küçəsində yerləşən İES-in hasarının yaxınlığında aşkarlanan mərminin mina olmasının ehtimal olunduğunu yazıb.

Qeyd olunub ki, ehtimal olunan mina İES-in hasarının yaxınlığında, keçid məntəqəsindən təxminən 50 metr aralıda aşkar edilib. Ərazi mühasirəyə alınıb, istehkamçılar hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR