Moskvada yol polisi əməkdaşları İNTERPOL xətti ilə axtarışda olan 36 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
APA xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
Onun saxlanılması Xovrino ərazisində baş verib.
Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.