Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti mayın 16-da Moskvada keçiriləcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, liderlərin işçi nahar formatında ümumi və ayrı-ayrılıqda görüş keçirəcəyini əlavə edib.
Sammitin yekununda təşkilatın Baş katibi Stanislav Zas və KTMT-ya sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat üçün bəyanat verəcək.