Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir - FOTO

Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir - FOTO
# 20 noyabr 2019 12:36 (UTC +04:00)

Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, iclasda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edir.

İclasda Təhlükəsizlik Şuraları katibləri MDB məkanında regional təhlükəsizliyin təmin olunmasını, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, ABŞ-ın suveren dövlətlərin daxili işlərinə qarışmasını müzakirə edəcəklər.

Eyni zamanda iclasda qlobal təhlükəsizlik və strateji sabitliyə aid mövzulara da baxılacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirakçı ölkələrin bugünkü iclasda MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədi ilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR