Moskvada məktəbli sinif yoldaşına 100 bıçaq zərbəsi vurub

Moskvada məktəbli sinif yoldaşına 100 bıçaq zərbəsi vurub
# 07 fevral 2023 20:52 (UTC +04:00)

Moskva vilayətinin Ximki şəhərində 5-ci sinif şagirdi sinif yoldaşına yüzdən çox bıçaq zərbəsi vurub.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, uşaqlar arasında qanlı mübahisəyə səbəb smartfon oyunu olub.

5-ci sinif şagirdi Sonya sinif yoldaşı Melviranın telefonuna daxil olaraq "Genshin Impact" oyununda bütün balları xərcləyib. Bundan əsəbləşən Melvira məktəbə qələm qutusunda bıçaq gətirib və məktəbin ayaqyolunda Sonyaya yüzdən çox bıçaq zərbəsi endirib.

Hazırda yaralı uşağın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR