Moskvada müxalif siyasətçiyə 8,5 il həbs cəzası verilib

İlya Yaşin

© APA | İlya Yaşin

# 09 dekabr 2022 17:12 (UTC +04:00)

Moskvanın Meşanski Məhkəməsi keçmiş bələdiyyə deputatı İlya Yaşini Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyat zamanı hərəkətləri barədə yalan məlumat yaydığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Yaşinə həmçinin 4 il müddətinə internet saytlarını idarə etmək qadağan edilib.

Yaşin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı siyasi nifrət səbəbləri ilə törədilmiş qəsdən yalan məlumatın açıq şəkildə yayılması) ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR