Moskvada Ozonun anbarı yanıb, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Moskvada Ozonun anbarı yanıb, 1 nəfər ölüb, 13 nəfər yaralanıb
# 03 avqust 2022 18:24 (UTC +04:00)

Moskva vilayətinin İstrinski rayonunda yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Anbarın Ozon onlayn-riteylerinə məxsus olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR