Moskvada ŞƏT və MDB müdafiə nazirlərinin görüşü keçirilib, birgə kommünike imzalanıb - YENİLƏNİB

MDB-ŞƏT görüş

© APA | MDB-ŞƏT görüş

# 09 dekabr 2022 14:18 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələri müdafiə nazirləri birgə kommünike imzalayıblar.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Moskvada keçirilən görüşdən sonra ŞƏT və MDB ölkələrinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ümumi problemlərin həllinə birgə yanaşmaları əks etdirən kommünike qəbul ediblər.

Şoyqu qeyd edib ki, görüş iştirakçıları beynəlxalq təhlükəsizlik və regional sabitliyin qorunması, eləcə də hərbi sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İclasda Çinin müdafiə naziri general-polkovnik Vey Fenxe videobağlantı vasitəsilə ŞƏT və MDB ölkələrinin hərbi nümayəndə heyətləri qarşısında çıxış edib, beynəlxalq və regional təhlükəsizlik sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini iştirakçılara çatdırıb.

Qeyd edək ki, iclasda iştirak etmək üçün 9 ölkədən nümayəndə heyəti Moskvaya gəlib.
***

12:31

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 9 ölkənin müdafiə nazirləri görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR