Moskvada ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Moskvada ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB-1  - VİDEO
# 09 dekabr 2022 12:03 (UTC +04:00)

Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində baş verən yanğın söndürülüb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, yanğın 17 min kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində ticarət mərkəzinin mühafizəçisi ölüb.

Yanğının OBİ mağazasında elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.

***

09:46

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

09:17

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub.

Yanğın 5 min kvadrat metr ərazini əhatə edir.

Yanğının OBİ mağazasında elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR