Moskvanın mərkəzində icazəsiz aksiya zamanı 136 nəfər saxlanılıb

Moskvanın mərkəzində icazəsiz aksiya zamanı 136 nəfər saxlanılıb
# 11 avqust 2019 06:46 (UTC +04:00)

Moskva polisi şənbə günü şəhərin mərkəzində müxalifətin keçirdiyi icazəsiz aksiyada 136 nəfəri saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva üzrə Baş idarəsi məlumat yayıb.

“Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada müxtəlif qanun pozuntuları ilə əlaqədar 136 nəfər saxlanılıb”, - hüquq-mühafizə orqanlarının açıqlamasında belə deyilir.

Qeyd edək ki, şəhərin Akademik Saxarov prospektində razılaşdırılmış mitinq-konsertdən sonra etirazçılar icazəsi aksiya keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR