Moskvanın mərkəzində silahlı insident olub

Moskvanın mərkəzində silahlı insident olub
# 13 oktyabr 2019 08:48 (UTC +04:00)


Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

APA “Moskva” agentliyinə istinadla xəbər verir ki, hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR