Moskvanın yeddi rayon məhkəməsi “bomba” təhlükəsi ilə bağlı təxliyə edilib

Moskvanın yeddi rayon məhkəməsi “bomba” təhlükəsi ilə bağlı təxliyə edilib
# 29 may 2023 13:58 (UTC +04:00)

Moskvanın yeddi rayon məhkəməsinə bomba qoyulması ilə bağlı məlumat daxil olub.

APA-nın Moskva müxbirini yerli KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə məhkəmə binasında olanlar təxliyə edilib.

Moskvanın Xamovniçeski, Kuzminski, İzmailovski, Çertanovski, Perovski, Timiryazevski və Basmannı rayon məhkəmələrinə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Nəticədə məhkəmə binaları tam təxliyə edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kinoloqlar xidməti itləri ilə məhkəmə binalarını yoxlayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR