Müharibə başlayandan Rusiya Ukraynanın 1813 ədəd PUA-sını məhv edib

Müharibə başlayandan Rusiya Ukraynanın 1813 ədəd PUA-sını məhv edib
# 26 avqust 2022 14:22 (UTC +04:00)

Müharibə başlayandan indiyədək Rusiya Ukraynanın 1813 ədəd pilotsuz uçuş aparatını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin 273 təyyarə, 148 helikopter, 1813 pilotsuz uçuş aparatı, 369 zenit-raket kompleksi, 4392 tank və digər zirehli döyüş maşını, 819 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3345 sahə artilleriya və minaatan qurğusu, həmçinin 5054 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR