Müharibədə ölən erməni əsgərlərin valideynləri İstintaq Komitəsinin önünə toplaşıb

Müharibədə ölən erməni əsgərlərin valideynləri İstintaq Komitəsinin önünə toplaşıb
# 20 yanvar 2023 12:27 (UTC +04:00)

Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin ölən hərbçilərinin valideynləri İstintaq Komitəsinin qarşısına toplaşıblar.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” bildirib.

Onlar ölkənin Müstəqillik Günündə Yerablur qəbirstanlığı ərazisində baş vermiş hadisənin araşdırılmasını tələb edirlər.

Xatırladaq ki, ötən il 21 sentyabrda ölən hərbçilərin yaxınları Baş nazir Nikol Paşinyanın Yerablur ərasizinə keçməsinə mane olmuşdu və bu zaman onlar polis tərəfindən zorakılığa məruz qalaraq ərazidən uzaqlaşdırılıb. Sonrada məlum olub ki, həmin polis əməkdaşlarına qarşı xidməti istintaq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR