Müharibəyə görə Rusiyanı tərk edən vətəndaşların əmlakı müsadirə edilə bilər

Müharibəyə görə Rusiyanı tərk edən vətəndaşların əmlakı müsadirə edilə bilər
# 18 yanvar 2023 18:13 (UTC +04:00)

Ukrayna müharibəsinə görə Rusiyanı tərk etmiş bir sıra vətəndaşların əmlaklarının müsadirə edilməsi ilə bağlı layihə hazırlanır.

APA-nın Moskva müxbiri xəbər verir ki Dövlət Dumasının deputatları öz hərəkətləri ilə Rusiyaya zərər vuran və ölkəni tərk edən rusiyalıların əmlaklarının müsadirə edilməsi layihəsinin hazırlanmasının üzərində fəal iş aparır.

Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Rusiyada “nasistlərə açıq dəstək verən”, öz ölkəsini təhqir edən vətəndaşlara münasibətdə Cinayət Məcəlləsinə əmlakın müsadirə edilməsi haqqında bənd əlavə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR