Müstəqil Belarusun ilk rəhbəri Stanislav Şuşkeviç vəfat edib

Stanislav Şuşkeviç

© APA | Stanislav Şuşkeviç

# 04 may 2022 10:29 (UTC +04:00)

Müstəqil Belarusun ilk rəhbəri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.

APA “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı bildirib.

Stanislav Şuşkeviç Minskdə vəfat edib.

Qeyd edək ki, COVID-19-a yoluxan Şuşkeviç aprel ayının sonlarında reanimasiyaya yerləşdirilib. İki gün sonra isə o, xəstəxanadan evə buraxılıb.

Stanislav Suşkeviç 1991-1994-cü illərdə Ali Sovetin sədri kimi Belarus dövlətinə rəhbərlik edib. O, 1991-ci ildə SSRİ-nin ləğvi barədə Belovej razılığına Belarus tərəfdən imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR