Müxalifət fəalları İrəvan metrosunda hərəkəti dayandırıb

Müxalifət fəalları İrəvan metrosunda hərəkəti dayandırıb
# 18 may 2022 12:18 (UTC +04:00)

Müxalifət fəalları İrəvan metropolitenində hərəkəti dayandırıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Polis etirazçıları həbs etməyə başlayıb.

İrəvan metropolitenin “Gənclik” stansiyasında qatarın qapılarını açıq saxlayan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir.

İrəvan metrosunun bütün stansiyaları sıxlığın qarşısını almaq məqsədilə bağlanıb. Bu barədə İrəvan metropoliteni məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR