Narışkin: ABŞ MDB məkanında daim ağrılı nöqtələr axtarır

Narışkin: ABŞ MDB məkanında daim ağrılı nöqtələr axtarır
# 22 noyabr 2022 12:28 (UTC +04:00)

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ və digər Qərb ölkələrinin MDB məkanında münaqişələri qızışdırmaq üçün ağrılı nöqtələr tapmaq cəhdlərini daim qeydə alır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Bu cür dağıdıcı və təxribatçı fəaliyyətlərə misal olaraq onilliklər ərzində millətçilik və rusofobiyanın becərildiyi, fəlakətli nəticələrə səbəb olan Ukraynadakı vəziyyəti göstərmək olar. Bu, “çiçəklənən Ukrayna”nın “diktator və korrupsioner dövlətə” çevrilməsinə gətirib çıxarıb. Hazırda bizim xüsusi xidmət orqanlarının ümumi vəzifəsi Qərb ölkələrinin dövlətlərimizin ərazisində dağıdıcı hərəkətlərinə qarşı mübarizə aparmaqdır" - deyə Rusiya xarici kəşfiyyatının rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR