Nazarbayev: “Hazırda paytaxtda istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram” - VİDEO

Nursultan Nazarbayev

© APA | Nursultan Nazarbayev

# 18 yanvar 2022 15:10 (UTC +04:00)

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev qazax xalqına videomüraciət ünvanlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nazarbayev xalqı Prezident Kasım-Jomart Tokayevin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.

O, hazırda Qazaxıstanda olduğunu və ölkəni tərk etmək niyyətində olmadığını əlavə edib.

“Mən təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiqli istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”, - Nazarbayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR