Nazarbayev Tokayevin hakim partiyanın sədri seçiləcəyini bildirib

Nazarbayev, Tokayev

© APA | Nazarbayev, Tokayev

# 18 yanvar 2022 15:03 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tezliklə hakim partiya “Nur Otan”ın sədri seçiləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

Qeyd edək ki, Qazaxıstanda hakim “Nur Otan” partiyası növbədənkənar qurultay keçirməyə hazırlaşır. Məlumata görə, qurultayda “Nur Otan” partiyasına sədrliyin eks-prezident Nursultan Nazarbayevdən hazırkı Prezident Kasım-Jomart Tokayevə keçməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR