Tokayev Nazarbayevin qardaşı oğlunu işdən çıxarıb

Abış Samat Satıbaldıulı

© APA | Abış Samat Satıbaldıulı

# 17 yanvar 2022 11:24 (UTC +04:00)

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında məlumat verilib.

Dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Abış Samat Satıbaldıulı Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Xatırıaldaq ki, Abış Samat Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR