Qazaxıstan parlamentinin aşağı palatası Nursultan Nazarbayevin statusu ilə bağlı düzəlişin qanunvericilikdən çıxarılması barədə ölkə Senatının (yuxarı palata) verdiyi qərarı dəstəkləyib.
APA TASS-a istinadən xəbər verir ki, deputatlar birinci prezidentlə bağlı normaların respublika referendumunun predmeti ola bilməyəcəyini və bununla bağlı müddəaların qanunvericilikdən çıxarılmasına qərar verib.
Parlamentin referendum barədə qanuna düzəlişi dəstəkləməsindən sonra qərar Prezidentə təqdim olunacaq.